Əli Kərimli: “Seçki islahatları olmasa, “Azadlıq” bloku prezident seçkilərində iştirak etməyəcək”

Əli Kərimli: “Seçki islahatları olmasa, “Azadlıq” bloku prezident seçkilərində iştirak etməyəcək”
# 05 iyul 2007 12:08 (UTC +04:00)
““Azadlıq” bloku 2008-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı öz mövqeyini bildirib və bu mövqeyində qətidir. Ölkədə seçki islahatları keçirilməsə, biz seçkidə iştirak etməyəcəyik”. Bu fikirləri APA-ya açıqlamasında “Azadlıq” blokunun həmsədri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib. Onun sözlərinə görə, blokun Sədrlər Şurasının sonuncu iclasında da bu barədə fikir mübadiləsi aparılıb: “Biz bu məsələni müzakirə etdik və öz mövqeyimizdə qalaraq, dəyişikliklərin olmasını istəyirik. Seçki Məcəlləsi dəyişməli, seçki komissiyaları paritet əsaslarla formalaşmalı, sərbəst toplaşmaq azadlığı bərpa olunmalı, televiziyalarda pülüralizmə imkan verilməlidir. Yalnız bundan sonra seçkidə iştirak edəcəyik. Demokratik seçki şəraiti olmayacaqsa, bu seçkilərə qatılmayacağıq ”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR