Böyük Britaniyanın yeni səfiri Kerolayn Braun gələn həftə fəaliyyətə başlayacaq

Böyük Britaniyanın yeni səfiri Kerolayn Braun gələn həftə fəaliyyətə başlayacaq
# 05 iyul 2007 13:41 (UTC +04:00)
Bu barədə APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Yeni səfir Kerolayn Braun iyulun 6-da axşam Azərbaycana gələcək. Onun etimadnaməsini nə zaman təqdim edəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, K. Braun indiyədək müxtəlif vəzifələrdə çalışıb. 1980-ci illərin sonu 90-cı illərin əvvəllərində Böyük Britaniyanın keçmiş SSRİ-dəki səfirliyində işləyən K. Braun daha sonra həmin ölkənin Xarici İşlər Nazirliyində, BMT missiyası çərçivəsində fəaliyyət göstərib. Onun sonuncu iş yeri isə Avropa İttifaqında olub. K. Braun qurumun Böyük Britaniya nümayəndəliyində çalışıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR