122 Saylı Xankəndi DSK məntəqələrin sayının artırılması ilə bağlı MSK-ya müraciət edəcək

122 Saylı Xankəndi DSK məntəqələrin sayının artırılması ilə bağlı MSK-ya müraciət edəcək
# 05 iyul 2007 14:32 (UTC +04:00)
122 Saylı Xankəndi seçki dairəsinin Dairə Seçki Komissiyası (DSK) məntəqələrin sayının artırılması ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. DSK sədri Allahverdi Doluxanov APA-ya açıqlamasında bunu seçicilərin məntəqələrin yerləşdiyi ərazidən kifayət qədər uzaqda yaşaması ilə əlaqələndirib. O, MSK-ya ediləcək təklifdə ən azı iki yeni məntəqənin yaradılmasının xahiş olunacağını bildirib: “Bizim elə seçicilərimiz var ki, onlar məntəqədən 100 kilometr aralıda yaşayırlar. Onların problemlərini həll etmək mümkündür. Çünki Seçki Məcəlləsinə görə 50-dən artıq seçici olan ərazidə məntəqə formalaşdırmaq olar. Ağcabədi və Naftalanda hərəsində 150-dən çox seçicimiz var. Amma Naftalanda yaşayanlar Gəncədə, Ağcabədidə yaşayanlar isə Bərdədə səs verirlər”. A. Doluxanov hələlik bu iki rayonda Xankəndi DSK-nın məntəqələrinin yaradılmasını vacib sayır. O, hazırda DSK-da 4218 seçicinin qeydiyyatda olduğunu və gələn il siyahıların dəqiqləşməsi zamanı onların sayının artma ehtimalının olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR