Abşeron rayon icra hakimiyyətinin nümayəndələri Misirdə səfərdədir

Abşeron rayon icra hakimiyyətinin nümayəndələri Misirdə səfərdədir
# 06 iyul 2007 08:00 (UTC +04:00)
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun başçılığı ilə nümayəndə heyəti Misirdə səfərdədir. Azərbaycanın Misirdəki səfirliyindən APA-ya verilən məlumata görə, səfər Misirin Qəlyubiyyə əyalətinin valisi Ədil Hüseynin dəvəti ilə reallaşıb. Səfərin məqsədi Azərbaycan prezidenti İlham Əliyevin bu ilin mayında Misirdə rəsmi səfərdə olarkən Abşeron RİH və Misirin Qəlyubiyyə əyaləti arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun müddəalarının icrasına dair müzakirələr aparmaqdır. Səfər çərçivəsində nümayəndə heyəti misirli həmkarları ilə, o cümlədən Ərəb İnşaatçılar Şirkətləri Birliyinin başçısı, Misir Tikinti Şirkətləri Federasiyasının, avtobus istehsalçısı olan “Ghabour-Egypt”, habelə “Kristal Asfur” və “Toshiba Egypt” şirkətlərinin nümayəndələri ilə görüşlər keçirəcək. Nümayəndə heyətinin Misirin beynəlxalq əməkdaşlıq naziri, hökumətlərarası iqtisadi və elmitexniki əməkdaşlıq üzrə Misir-Azərbaycan müştərək komissiyasının həmsədri xanım Faizə Əbu-Əl-Nəqa ilə görüşü də nəzərdə planlaşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR