Həsrət Rüstəmov: “Müxalifət prezident seçkilərində vahid mövqedən çıxış edə bilməsə, ADP öz namizədini irəli sürəcək”

Həsrət Rüstəmov: “Müxalifət prezident seçkilərində vahid mövqedən çıxış edə bilməsə, ADP öz namizədini irəli sürəcək”
# 06 iyul 2007 11:40 (UTC +04:00)
“Azərbaycan Demokrat Partiyası 2008-ci ildə keçiriləcək prezident seçkilərinə müxalifətin vahid şəkildə getməsi üçün bütün mümkün addımları atacaq. Bu, baş tutmayacağı halda, partiya seçkiyə öz namizədi ilə qatılacaq”. Bunu APA-ya açıqlamasında ADP sədrinin birinci müavini Həsrət Rüstəmov bildirib. Onun sözlərinə görə, hazırda ayrı-ayrı müxalifət partiyaları arasında seçkilərlə bağlı ilkin müzakirələr aparılır. 2008-ci il seçkilərinə kifayət qədər vaxtın qaldığını deyən birinci müavin buna görə həmin seçkilərdə bağlı indidən proqnoz verməyin çətin olduğunu qeyd edib. O, seçkilərə start veriləndən sonra bir sıra məsələlərin aydınlaşacağını qeyd edib: “Müxalifət partiyalarının seçkilərdə vahid blokla iştirak etməsi ADP-nin əsas prinsiplərindən biridir. Əgər qarşılıqlı anlaşmalar olacaqsa, sözsüz ki, bu baş tutacaq”. Hazırkı məqamda ADP-nin partiyadan kənarda dəstəkləyəcəyi namizədin olub-olmamasına gəldikdə, H. Rüstəmov bu barədə konkret danışmağın mümkün olmadığını bildirib: “Çünki hazırda siyasi situasiya kifayət qədər aydın deyil. Namizədlərlə də bağlı ADP-yə heç bir təklif daxil olmayıb. Ona görə partiyanın hansı namizədi dəstəkləyib-dəstəkləməyəcəyini demək tezdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR