Azərpaşa Nemətov: “Şuşaya getmək əvəzinə, kimlərsə qrantlar alıb intriqalar yaradırlar”

Azərpaşa Nemətov: “Şuşaya getmək əvəzinə, kimlərsə qrantlar alıb intriqalar yaradırlar”
# 06 iyul 2007 15:15 (UTC +04:00)
“Mən hesab edirəm ki, Şuşaya gedib-gəlmək bu gün hər bir azərbaycanlının borcudur. Ora getmək əvəzinə, kimlərsə qrantlar alıb intriqalar yaradırlar. İnternetdə ziyalılar haqqında belə şəkillərin yayılmasına da münasibətim pisdir. Mən belə vətənpərvərlərə Azərbaycanı sevən adamlar deməzdim”. Bu sözləri APA-ya açıqlamasında Şuşaya səfər etmiş ziyalılardan biri, Teatr Xadimləri İttifaqının sədri, rejissor Azərpaşa Nemətov bildirib. Onun sözlərinə görə, Azərbaycanı sevən hər kəs indi bu torpaqlara getməli, oradan da bütün dünyaya bəyan etməlidir ki, bu yerlər mənimdir. “Bu torpaqlar bizimdir, bizim də olacaq” - deyən A. Nemətov bu həqiqəti ermənilərin də başa düşdüyünü bildirib: “Mənə belə gəlir ki, biz indi nəticəyə yaxınıq. Mən Şuşaya tez-tez gedən insanlardanam. Orda mənim çoxlu dostlarım olub. Mən Şuşaya həmişə böyük məhəbbətlə getmişəm, indi Şuşanı bu vəziyyətdə görəndə kövrəldim. Amma bu məsələ öz həllini tapacaq, inşallah”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR