AXCP qərargah problemi ilə əlaqədar dövlət qurumlarına müraciət edib

AXCP qərargah problemi ilə əlaqədar dövlət qurumlarına müraciət edib
# 06 iyul 2007 16:03 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qərargah problemini hüquqi müstəvidə həll edilməsinin tərəfdarıdır. Bu barədə APA-ya partiyanın Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli bildirib. Onun sözlərinə görə, artıq “Siyasi partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq partiyanın qərargahla təmin olunması ilə bağlı üçüncü dəfə dövlət qurumlarına müraciət edilib. Əvvəlki müraciətlərə cavab verildiyini deyən Q. Əlibəyli onlara Keşlə qəsəbəsində yararsız yerin təklif olunduğunu və partiyanın həmin yerdn imtina etdiyini xatırladıb. O, partiyanın qərargahından əsassız olaraq çıxarılması ilə bağlı məhkəməyə müraciət etdiklərini və işin hazırda Ali Məhkəmədə olduğunu deyib: “Ali Məhkəmə də bizim iddiamızı təmin etməsə, o zaman Avropa Məhkəməsinə müraciət etmək fikrindəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR