Yeni Zaman Partiyasının qurultay nümayəndələrinin sayı azaldılacaq

Yeni Zaman Partiyasının qurultay nümayəndələrinin sayı azaldılacaq
# 07 iyul 2007 09:07 (UTC +04:00)
Yeni Zaman Partiyasının qurultay nümayəndələrinin sayının azaldılması nəzərdə tutulur. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Musa Ağayev məlumat verib. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti qurultay üçün yer ayırmadığına görə onlar özəl yerlərdən birini bir günlük icarəyə götürmək istəyirlər: “Amma siyasi tədbir keçirdiyimizi bildikdən sonra həmin yerlərin sahibləri də zal ayırmaqdan imtina edirlər. Bu səbəbdən məcburuq ki, qurultay nümayəndələrinin sayını 150-yə qədər azaldıb daha kiçik bir zalda qurultay keçirək”. M. Ağayev əvvəlcə 300 qurultay nümayəndəsinin və 50 qonağın olduğunu bildirib. Yer olmadığı üçün qurultaya qonaqlar da dəvət edilməyəcək. TK sədri iyulun 15-nə kimi qurultayın mütləq keçiriləcəyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR