Rene van der Linden Azərbaycanın müxalifət liderləri ilə görüş keçirib

Rene van der Linden Azərbaycanın müxalifət liderləri ilə görüş keçirib
# 09 iyul 2007 12:38 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Rene van der Linden Azərbaycanın müxalifət liderləri ilə görüş keçirib. Azərbaycan Xalq Cəbhəsi Partiyasından APA-ya verilən məlumata görə, görüşdə AXCP sədri Əli Kərimli, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət və Müsavat Partiyasının başqanı İsa Qəmbər iştirak edib. Görüşdə əsasən Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərini yerinə yetirmə səviyyəsi barədə müzakirə aparılıb. Müxalifət partiyalarının rəhbərləri öhdəliklərin lazımi səviyyədə yerinə yetirmədiyini, ölkədə vətəndaşların sərbəst toplaşmaq hüququnun məhdudlaşdırıldığını, söz azadlığına və mətbuata qarşı təzyiqlərin olduğunu bildiriblər. AŞ PA prezidenti isə öz növbəsində demokratik prosesləri dəstəklədiyini bildirib.
Rene van der Linden Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə ilə də görüş keçirib. Bu görüşdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı AŞ PA-nın qəbul etdiyi qətnamələrin icrası, Azərbaycanda seçki islahatları, mətbuatın vəziyyəti, AŞ PA ilə GUAM-ın əməkdaşlığı müzakirə olunub. Görüş zamanı A. Mollazadə AŞ PA-nın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirib. O, Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbulunun vacib olduğunu, seçki qanunvericiliyi sahəsində islahatların aparılmasının, seçki komissiyalarının bir partiyanın monopoliyasından çıxarılmasının zəruriliyini qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR