Rusiyanın RTR kanalı Azərbaycanda yayımını daha bir ay müddətində davam etdirəcək

Rusiyanın RTR kanalı Azərbaycanda yayımını daha bir ay müddətində davam etdirəcək
# 09 iyul 2007 14:11 (UTC +04:00)
MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA-ya bildirib ki, 1 ay ərzində Rusiya tərəfi Azərbaycan televiziyasının Rusiya ərazisində yayımını təşkil etməsə, “RTR-Planeta”nın yayımının dayandırılması barədə məsələyə baxılacaq: “Təəssüf ki, bu yöndə aparılan danışıqlar 6 ay ərzində yekunlaşmayıb. Danışıqların davam etdiyini və Rusiya ilə Azərbaycan arasındakı əlaqələrin strateji səviyyədə olduğunu nəzərə alaraq qarşı tərəfə vaxt verməyi qərara aldıq”.
Qeyd edək ki, Rusiyanın “RTR-Planeta” kanalının Azərbaycanda, bunun əvəzində isə Az.TV-nin Rusiyada yayımlanması barədə danışıqlar aparmaq üçün hər iki ölkədə mütəxəssislərdən ibarət yaradılan işçi qrupların ilk toplantısında bu yöndə ilkin razılaşma əldə olunub. Bu ilin iyunun 8-də İşçi Qruplar arasında Moskvada keçirilən görüşdə iyulun 10-na qədər tərəflərin yenidən bir araya gələcəyi bəyan edilsə də, bu görüş bu günə kimi baş tutmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR