Araz Əzimov: “Azərbaycan Qəbələ radiolokasiya stansiyası ilə bağlı ABŞ-la Rusiyanın mövqelərinin konkretləşməsini gözləyir”

Araz Əzimov: “Azərbaycan Qəbələ radiolokasiya stansiyası ilə bağlı ABŞ-la Rusiyanın mövqelərinin konkretləşməsini gözləyir”
# 10 iyul 2007 10:31 (UTC +04:00)
XİN rəsmisi Rusiya ilə imzalanmış və 2012-ci ilə kimi qüvvədə olacaq müqavilənin Azərbaycanın maraqlarına cavab verdiyini deyib: “Elə buna görə də biz həm Rusiya, həm də ABŞ-la məsləhətləşmələr aparırıq. ABŞ-ın Rusiya prezidenti Putinin təklifinə nə cavab verəcəyi ikinci məsələdir. Əgər bu təkliflər gələcək danışıqlara zəmin yaradacaqsa və hər iki tərəf məsləhətləşmələri davam etdirəcəksə onda, Azərbaycan gələcəkdə bu müzakirələrə qatıla bilər”. Metyu Brayza isə əlavə edib ki, onlarda rusların təklifinin konkret nədən ibarət olduğu barədə hələ də dəqiq məlumat yoxdur. O, dövlət katibi Kondoliza Raysın da bu məqama işarə etdiyini deyib. Metyu Brayza rəsmi Moskvanın təklifi tam aydın olandan sonra qərarın veriləcəyini və bu məsələdə obyektin sahibi olaraq Azərbaycanın maraqlarının öyrəniləcəyini və bu maraqlara hörmətlə yanaşılacağını bildirib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR