Yaqub Abbasov: “2008-ci il seçkilərində İsa Qəmbərin Rəsul Quliyevi dəstəkləməsi arzuediləndir”

Yaqub Abbasov: “2008-ci il seçkilərində İsa Qəmbərin Rəsul Quliyevi dəstəkləməsi arzuediləndir”
# 10 iyul 2007 14:30 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyası (ACP) 2008-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı bu ilin payızından hazırlıqlara başlayacaq. Partiya sədrinin müavini Yaqub Abbasovun APA-ya verdiyi məlumata görə, partiya bu hazırlıqları ilk növbədə seçki qanunvericiliyinin dəyişməsi, siyasi amnistiyanın tətbiq olunması və seçki şəraitinin demokratikləşməsi istiqamətində olacaq. O, payızdan partiyanın namizədinin elan olunacağını da bildirib: “Əslində partiyanın namizədi təsis qurultayında irəli sürülüb və qurultay Rəsul Quliyevin növbəti prezident seçkilərində namizəd olması barədə qərar qəbul edib. Ona görə də Rəsul Quliyev seçkilərə mütləq qatılacaq”. R. Quliyevin namizədliyinin digər partiyalar tərəfindən dəstəklənməsi üçün hansı addımların atılacağına gəldikdə, Y. Abbasov bildirib ki, siyasi proseslər aydınlaşdıqdan sonra bu istiqamətdə mümkün addımlar atılacaq: “Siyasi proseslər aydınlaşanda hansı namizədin daha şanslı olduğu meydana çıxacaq. O zaman həmin namizədin dəstəklənməsi üçün birliyin yaranmasına ehtiyac olacaq. Biz vaxtında digər müttəfiqlərimizə qarşı müəyyən addımlar atmışıq, dəstək vermişik. Hesab edirik ki, növbəti seçkilərdə qarşılıqlı addımlar atılmalı, Rəsul Quliyevin prezident seçilmək şansı nəzərə alınaraq bəzi namizədlər geri çəkilməlidirlər”. Y. Abbasov 2003-cü il seçkilərində Rəsul Quliyevin İsa Qəmbərə dəstək verdiyini qeyd edərək bu dəfə qarşı tərəfin analoji addım atmasının arzuedilən olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR