ABŞ-ın NATO-dakı nümayəndəsi enerji sektoruna qarşı yönəlmiş təhdidlərlə mübarizəni ən vacib məsələ hesab edir

ABŞ-ın NATO-dakı nümayəndəsi enerji sektoruna qarşı yönəlmiş təhdidlərlə mübarizəni ən vacib məsələ hesab edir
# 10 iyul 2007 15:07 (UTC +04:00)
“Amerika hökuməti enerji təhlükəsizliyi ilə bağlı bütün səmərəli təklifləri dəstəkləyir”. APA-nın məlumatına görə, bunu Bakıda keçirilən enerji kollokviumunda iştirak edən ABŞ-ın NATO-dakı nümayəndəsi Cek Cerar-Mele bəyan edib. ABŞ rəsmisi enerji təhlükəsizliyinin qlobal problemlərdən olduğunu və bunun dövlətlərin diqqət mərkəzində dayandığını vurğulayıb. Bu istiqamətdə mühüm addımların atılmasına ehtiyac olduğunu bildirən Cek Cerar-Mele enerji sektoruna qarşı yönəlmiş təhdidlərlə mübarizəni ən vacib məsələ kimi xarakterizə edib.
Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Ervin Buraltay isə enerji təhlükəsizliyi sahəsində dövlətlərin əməkdaşlığını vacib hesab edib. Onun sözlərinə görə, bu istiqamətdə səylər birləşdirilməli, konkret tədbirlər görülməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR