Bu il Rusiyadan heç bir Azərbaycan vətəndaşı deportasiya olunmayıb

Bu il Rusiyadan heç bir Azərbaycan vətəndaşı deportasiya olunmayıb
# 12 iyul 2007 15:05 (UTC +04:00)
Rusiyada yeni miqrasiya qanunvericiliyi qüvvəyə mindikdən sonra bu ölkədən heç bir Azərbaycan vətəndaşı deportasiya olunmayıb. APA-nın məlumatına görə, bu fikirləri
“AzərTAC” Dövlət İnformasiya Agentliyinə Azərbaycanın Rusiyadakı səfirliyinin birinci katibi Hüseyn Hüseynov verib. Onun sözlərinə görə, miqrasiya qanunvericiliyi sahəsində müxtəlif pozuntu hallarına görə cəmi 67 azərbaycanlı ölkədən inzibati qaydada çıxarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 73,6 faiz azdır. Bundan başqa miqrasiya qanunvericiliyi qaydalarını pozduqlarına görə, Moskva Baş Daxili İşlər İdarəsinin 1 nömrəli təcridxanasında saxlanılan 5 azərbaycanlı səfir Polad Bülbüloğlunun təşəbbüsü ilə Azərbaycana yola salınıb. Müxtəlif sənədlərin alınması üçün konsul xidmətinə müraciət edənlərin sayının ötən illərlə müqayisədə iki dəfə azaldığını deyən Hüseyn Hüseynov Azərbaycan səfirliyinin yanvar ayından bu günə qədər 8 min müxtəlif konsul sənədi verdiyini deyib. Qeyd edək ki, Federal Miqrasiya Xidmətinin məlumatına görə, ötən il 16854 Azərbaycan vətəndaşı Rusiya ərazisində işləmək üçün icazə alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR