“Human Rights Watch”-un icraçı direktoru Azərbaycana gəlir

“Human Rights Watch”-un icraçı direktoru Azərbaycana gəlir
# 12 iyul 2007 15:29 (UTC +04:00)
Məlumatı APA-ya təşkilatın Avropa və Mərkəzi Asiya üzrə məsləhətçisi Georgi Qoqia verib. Bu, K. Rossun Qafqaza və Bakıya ilk səfəridir. Səfərin məqsədi hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, diplomatik korpus təmsilçiləri ilə Azərbaycanda KİV-in vəziyyətini müzakirə etməkdir. İki gün davam edəcək səfər zamanı KİV-lərin vəziyyəti ilə bağlı məsələ ilə yanaşı, K.Ross Bakıda insan haqlarının qorunması (işgəncələr, siyasi məhbuslar, seçkilər) ilə bağlı vəziyyəti də müzakirə edəcək. O, digər Cənubi Qafqaz ölkələrinə səfər etməyəcək, Bakıdan birbaşa Almaniyaya səfər edəcək, bu ölkənin xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşəcək. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR