Qarabağ Azadlıq Təşkilatı Ermənistan prezidenti Robert Köçəryanın “Şpigel” jurnalına müsahibəsində səsləndirdiyi fikirlərlə bağlı bəyanat qəbul edib

Qarabağ Azadlıq Təşkilatı Ermənistan prezidenti Robert Köçəryanın “Şpigel” jurnalına müsahibəsində səsləndirdiyi fikirlərlə bağlı bəyanat qəbul edib
# 13 iyul 2007 10:49 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) Ermənistan prezidenti Robert Köçəryanın Almaniyanın “Şpigel” jurnalına verdiyi müsahibədə səsləndirdiyi fikirlərlə bağlı bəyanat qəbul edib. QAT-dan APA-ya daxil olan bəyanatda bildirilir ki, R.Köçəryanın Dağlıq Qarabağdakı separatçı rejimin “müstəqilliyindən heç vaxt imtina etməyəcəyi”, beynəlxalq təşkilatların rəylərinin əhəmiyyət daşımayacağı barədə açıqlamaları Ermənistanın işğalçı niyyətlərindən əl çəkmək fikrində olmadığını təsdiq edir: “QAT bir daha bəyan edir ki, beynəlxalq təşkilatların vasitəçilik missiyasından imtina edilməli, “xalq diplomatiyası” oyunbazlıqlarına son qoyulmalı, torpaqlarımızı zəbt etmiş erməni işğalçılarına qarşı hərbi əməliyyatlara başlanmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR