Conatan Henik: ““Azərbaycanda müharibə” adlı simulyativ hərbi əməliyyat proqramının hazırlanması ilə bağlı informasiyalar qeyri-rəsmi məlumatdır”

Conatan Henik: ““Azərbaycanda müharibə” adlı simulyativ hərbi əməliyyat proqramının hazırlanması ilə bağlı informasiyalar qeyri-rəsmi məlumatdır”
# 13 iyul 2007 11:02 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik bildirib. Bu məlumatı akademik bilgi adlandıran Conatan Henikin sözlərinə görə, bu haqda məlumatlar sadəcə mediada yer aldığı üçün hələ heç bir şey söyləmək mümkün deyil: “Belə bir ehtimal görmürəm. Bizim Azərbaycanla əməkdaşlıq münasibətlərimiz çox yaxşıdır. İran və digər ölkələrlə problemləri də sülh yolu ilə həll etmək niyyətindəyik. Ona görə də bu regionda hərbi əməliyyatlara ehtimal görmürəm”. Qeyd edək ki, ABŞ internet resurslarının məlumatına görə, bu ölkənin hərbi komandanlığı Azərbaycan şəraitində mümkün hərbi əməliyyatlara hazırlıq məqsədilə “qərargah oyunları” keçirir. Ümumi dəyəri 200 milyard dollar olan “Gələcəyin Hərbi Sistemi” (Future Combat System) adlanan şəbəkə hərbi maşın və yeni nəsil hərbi texnologiyaların müxtəlif şəraitlərdə simulyasiyasını həyata keçirir. Hazırda ABŞ hərbçiləri Azərbaycanın coğrafi mühiti və iqlimi nəzərə alınmaqla keçiriləcək hipotetik hərbi əməliyyatları kompüterlər vasitəsilə məşq edirlər. Söhbət Azərbaycan iqliminə uyğun ərazidə həyata keçiriləcək simulyativ əməliyyat və qərargah oyunlarından gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR