Ümid Partiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı hazırladığı qanun layihəsinin təqdimatını keçirib

Ümid Partiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı hazırladığı qanun layihəsinin təqdimatını keçirib
# 13 iyul 2007 12:06 (UTC +04:00)
Ümid Partiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı hazırladığı qanun layihəsinin təqdimatını keçirib. APA-nın məlumatına görə, partiyanın Mərkəzi Seçki Komissiyasındakı (MSK) nümayəndəsi Akif Qurbanov bildirib ki, 32 fəsli, 246 maddəsi olan məcəllənin 12 fəslinə və 35 maddəsinə dəyişikliklər təklif edilib. Partiya MSK-nın paritet əsaslarla formalaşdırılmasını təklif edib. 18 üzvü olan MSK-nın 9 üzvünün parlamentdə çox səs toplamış və onu müdafiə partiyaların, digər 9 üzvün isə parlamentdə müxalifəti təmsil edən partiyalar arasında bölünməsi təklif olunur. Dairə Seçki Komissiyalarının (DSK) 10 üzvdən ibarət olması, 5 üzvünün hakim partiya, 5 üzvünün isə parlamentdə təmsil olunan müxalifət partiyalarının nümayəndələrindən ibarət olması layihədə öz əksini tapıb. Layihədə məşvərətçi səs hüquqlu komissiya üzvlərinin və müşahidəçilərin səlahiyyətlərinin artırılması qeyd olunub. A. Qurbanov hazırlanmış layihənin Milli Məclisə təqdim olunacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR