Zərdabda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 38-ci ildönümü münasibətilə tədbir keçirilib

Zərdabda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 38-ci ildönümü münasibətilə tədbir keçirilib
# 14 iyul 2007 10:12 (UTC +04:00)
Zərdab rayonunda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 38-ci ildönümü münasibətilə tədbir keçirilib. APA-nın Aran bürosunun məlumatına görə, tədbir Heydər Əliyevin rayon mərkəzindəki abidəsinin ziyarəti ilə başlayıb. Zərdab rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədovun, idarə və təşkilat rəhbərlərinin, rayon ictimaiyyətinin nümayəndələrini qatıldığı tədbirin iştirakçıları daha sonra Heydər Əliyev Muzeyini ziyarət ediblər. Axşam isə Zərdabda bu münasibətlə konsert proqramı keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR