“Human Rights Watch”-un icraçı direktoru Kennet Rot Azərbaycana gəlib

“Human Rights Watch”-un icraçı direktoru Kennet Rot Azərbaycana gəlib
# 16 iyul 2007 08:11 (UTC +04:00)
Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə məsləhətçisi Georgi Qoqianın APA-ya verdiyi məlumata görə, səfərin məqsədi hökumət və qeyri-hökumət təşkilatların nümayəndələri, diplomatik korpus təmsilçiləri ilə Azərbaycanda KİV-in vəziyyətini müzakirə etməkdir.
İki gün davam edəcək səfər zamanı Azərbaycanda KİV-in vəziyyəti ilə yanaşı, K. Ross insan haqlarının qorunması (işgəncələr, siyasi məhbuslar, seçkilər) məsələlərinə dair də müzakirələr aparacaq. K.Rot digər Cənubi Qafqaz ölkələrinə səfər etməyəcək, Bakıdan birbaşa Almaniyaya səfər edərək, bu ölkənin xarici işlər naziri Frank Valter Ştayenmayerlə görüşəcək. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR