Bu ilin ilk 5 ayı ərzində Azərbaycanla Belarus arasında aparılmış mal mübadiləsinin həcmi bütövlükdə 2006-cı ilin göstəricisini üstələyib

Bu ilin ilk 5 ayı ərzində Azərbaycanla Belarus arasında aparılmış mal mübadiləsinin həcmi bütövlükdə 2006-cı ilin göstəricisini üstələyib
# 17 iyul 2007 09:51 (UTC +04:00)
Bu ilin ilk 5 ayı ərzində Azərbaycanla Belarus arasında aparılmış mal mübadiləsinin həcmi bütövlükdə 2006-cı ilin göstəricisini üstələyib. Bu barədə APA-ya Belarusun Azərbaycandakı səfirliyinin mətbuat katibi Kiril Kamışev məlumat verib. K. Kamışevin sözlərinə görə, 2006-cı ildə iki ölkə arasında mal dövriyyəsi 35 milyon dollar təşkil etmişdisə, artıq bu ilin ilk 5 ayında mal dövriyyəsinin həcmi bundan çox olub. Mal dövriyyəsində əsas artım Gəncədə Belarus traktorları və yük avtomobillərinin yığılma sahələrinin yaradılması, Belarusdan yol texnikasının alınması hesabına baş verib. Diplomatın sözlərinə görə, Azərbaycandan Belarusa, əsasən, kənd təsərrüfatı malları qoz, fındıq, tomat pastası və s. məhsullar ixrac olunur.
Qeyd edək ki, ötən ilin yayında Azərbaycan prezidenti İlham Əliyev Belarusa, bu ilin yazında isə Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərlər ediblər. Bakıda Belarusun milli sərgisi də nümayiş edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR