Sabah Bakıda “Qonşuluq siyasəti: Azərbaycan-Avropa” mövzusunda konfrans keçiriləcək

Sabah Bakıda “Qonşuluq siyasəti: Azərbaycan-Avropa” mövzusunda konfrans keçiriləcək
# 17 iyul 2007 12:36 (UTC +04:00)
Sabah Avrointeqrasiya Milli Komitəsi və Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Bakıda “Qonşuluq siyasəti: Azərbaycan-Avropa” mövzusunda konfrans keçiriləcək. Bu barədə APA-ya Avrointeqrasiya Milli Komitəsinin təmsilçilərindən biri, hüquq müdafiəçisi Arzu Abdullayeva bildirib. Onun sözlərinə görə, konfransda Azərbaycanın Avropa Birliyi ilə qonşuluq siyasəti çərçivəsində əlaqələrin qurulması istiqamətində müzakirələr aparılacaq. Avropa Birliyi, Xarici İşlər Nazirliyinin nümayəndələri və politoloq Rasim Musabəyov tədbirdə məruzə ilə çıxış edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR