Etibar Məmmədov: “Növbəti prezident seçkiləri ilə bağlı hələlik heç bir qərarım yoxdur”

Etibar Məmmədov: “Növbəti prezident seçkiləri ilə bağlı hələlik heç bir qərarım yoxdur”
# 17 iyul 2007 15:11 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Güney Azərbaycanda yaşayan soydaşlarımızın problemlərinin dünya ictimaiyyətinə çatdırılması üçün Dünya Azərbaycanlıları Konqresi (DAK) ilə əməkdaşlıq edəcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə partiyanın lideri Etibar Məmmədov məlumat verib. Onun sözlərinə görə, DAK-ın son qurultayı qurumun rəhbərliyinə yenilik gətirib və bu hadisə fəaliyyətin daha da güclənməsinə səbəb olacaq. DAK-ın qurultayında qonaq qismində iştirak etdiyini deyən E. Məmmədov Güneylə bağlı fəaliyyət göstərən təşkilatların işinin əlaqələndirilməsini vacib sayıb. E. Məmmədov hazırkı mərhələdə daxili siyasətlə məşğul olmadığını və bütün fəaliyyətini Güneydə baş verən proseslərə həsr etdiyini bildirib. Ona görə də AMİP lideri növbəti prezident seçkiləri ilə bağlı hələlik heç bir qərarının olmadığını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR