Əli Məsimov və Vahid Əhmədov vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini Milli Məclisə təqdim ediblər

Əli Məsimov və Vahid Əhmədov vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini Milli Məclisə təqdim ediblər
# 17 iyul 2007 15:14 (UTC +04:00)
“Yeni Siyasət” blokundan seçilmiş millət vəkilləri Əli Məsimov və Vahid Əhmədov ölkənin vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı Milli Məclis rəhbərliyinə təkliflər təqdim ediblər. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Ə. Məsimov məlumat verib. Təkliflərin mahiyyətinin vergi sisteminin beynəlxalq praktikaya uyğunlaşdırılması olduğunu deyən Ə. Məsimov hazırkı vergi qanununda bütün vergilər üzrə müəyyənləşdirilmiş dərəcələrin optimala yaxın olduğunu deyib: “Amma Əlavə Dəyər Vergisinin yuxarı həddi optimal dərəcədən yüksək 18 faizdir. Təkliflərimizdə ƏDV-nin 15 faizə qədər azaldılması nəzərdə tutulur. Bunu reallaşdırsaq, həm ƏDV üzrə yaranmış borcların yığımını təmin edə bilərik, həm də bu sahədə vergidən yayınmaların qarşısı alınar”. Əhalinin orta təbəqəsinin hüquqlarının qorunması ilə bağlı təkliflə çıxış etdiklərini deyən Ə. Məsimov aylıq min manatdan artıq gəlir əldə edənlərin onun 35 faizinin vergi şəklində dövlətə qaytardıqlarını bildirib: “Təklif edirik ki, 2000 manatdan çox gəlir əldə edənlərin gəlirlərinin 35 faizi vergiyə cəlb olunsun. 1000 manat alanların vergi faizi isə aşağı salınsın. Başqa bir layihəmiz gənclərə təhsil kreditlərinin verilməsi ilə bağlıdır. Məqsədimiz təhsili cəmiyyətin bütün təbəqələri üçün əlçatan etməkdir. Bu qanun layihəsini hazırlamaqla gənclərə təhsil haqlarını ödəmək üçün münasib faizlərlə kreditlərin ayrılmasını təmin etmək olar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR