Pənah Hüseyn: “2008-ci il prezident seçkilərində namizəd kimi iştirak edəcəyimi istisna etmirəm”

Pənah Hüseyn: “2008-ci il prezident seçkilərində namizəd kimi iştirak edəcəyimi istisna etmirəm”
# 17 iyul 2007 15:22 (UTC +04:00)
“Situasiyadan asılı olaraq 2008-ci ildə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcəyimi istisna etmirəm. Bu o halda baş verəcək ki, əsas müxalifət qüvvələrinin qələbəsi üçün şans yaradacaq namizəd olmayacaq”. APA-nın məlumatına görə, bu fikirləri “Müsavat” deputat qrupunun keçmiş koordinatoru, millət vəkili Pənah Hüseyn bildirib. Onun sözlərinə görə, hazırkı məqamda müxalifət partiyaları arasında müəyyən danışıqlar olsa da, hələlik seçkilərlə bağlı ümumi razılaşma yoxdur. Seçkilərə hələ uzun müddət vaxtın qaldığını deyən millət vəkili buna görə də danışıqların davam etdirilməsinin vacib olduğunu deyib: “İndidən qərar kimi demək çətindir ki, seçkidə müxalifətin vahid namizədi olacaq, ya yox. Amma mən hesab edirəm ki, müxalifət prezident seçkiləri məsələsində mütləq bir araya gəlməlidir. Bu məsələ bu günün problemidir və zərurətə çevrilib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR