Mahmud Məmmədquliyev: “Avropa İttifaqı ilə viza prosedurasının sadələşdirilməsi məsələsini sentyabrda müzakirə etməyə çalışacağıq”

Mahmud Məmmədquliyev: “Avropa İttifaqı ilə viza prosedurasının sadələşdirilməsi məsələsini sentyabrda müzakirə etməyə çalışacağıq”
# 18 iyul 2007 11:07 (UTC +04:00)
APA-nın açıqlamasına görə, bu fikirləri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev söyləyib. O, sentyabrda Bakıda Avropa İttifaqı ilə Əməkdaşlıq Komitəsinin növbəti toplantısının keçiriləcəyini, viza rejiminin sadələşdirilməsi məsələsinin bu toplantıda müzakirəsinə çalışacaqlarını deyib: “Çalışacağıq ki, sentyabrda bu məsələni qaldıraq. Avropa İttifaqının mövqeyi aydındır, birlik hesab edir ki, viza prosedurasının sadələşdirilməsi ilə yanaşı readmissiya və başqa məsələlər də nəzərdən keçirilməlidir. Hesab edirəm ki, bu məsələləri paket şəklində nəzərdən keçirmək olar, amma, şübhəsiz ki, bizim üçün gələcəkdə viza prosedurlarının sadələşdirilməsi daha vacib məsələdir”. Mahmud Məmmədquliyev Avropa İttifaqı vətəndaşlarının Azərbaycana gəlmək üçün viza almaqda heç bir problemin mövcud olmadığını vurğulayıb: “Avropa İttifaqı vətəndaşları üçün viza prosedurası kifayət qədər sadələşdirilib. Həmin məsələnin gələcəkdə aradan qaldırılması və Avropa İttifaqı ölkələri vətəndaşlarına Azərbaycana vizasız daxil olma imkanının verilməsi məsələsinə gəldikdə isə, bu, yalnız ikitərəfli əsasda həyata keçirilə bilər. Əgər biz bu addımı atırıqsa, Avropa İttifaqı tərəfindən də eyni addım atılmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR