MSK Dağlıq Qarabağda keçiriləcək “prezident seçkiləri”ni pisləyən bəyanat qəbul edib

MSK Dağlıq Qarabağda keçiriləcək “prezident seçkiləri”ni pisləyən bəyanat qəbul edib
# 18 iyul 2007 15:57 (UTC +04:00)
Avropa Şurasının illik hesabatlarında da Azərbaycan torpaqlarının işğal altında olması faktının öz əksini tapdığını deyən natiq müxtəlif beynəlxalq təşkilatların da analoji mövqe nümayiş etdirdiyini vurğulayıb: “Heç bir qüvvə arxayın olmamalıdır ki, ermənilərin hazırda Qarabağda yaratdığı mövcud şərait dəyişdirilə bilməz. Ermənilərin bütün seçki şouları gündəmdə qalmaq məqsədi ilə həyata keçirilir. Bu gün də Qarabağda yaradılan qondarma rejimin müəyyən havadarları var və sabaha təyin olunmuş seçkilər də onların hoqqabazlığıdır. Bununla Qarabağdakı rejimin öz mövcudluğunu beynəlxalq aləmə qəbul etdirmək istəyirlər”. MSK katibi Natiq Məmmədov Azərbaycan torpaqlarının işğal altında olmasının artıq dünya ictimaiyyəti tərəfindən qəbul olunmaqda olduğunu qeyd edib. Azərbaycan dövləti tərəfindən aparılan siyasətin ermənilərin yalanlarını üzə çıxardığını deyən MSK katibi istənilən halda torpaqların işğaldan azad ediləcəyini qeyd edib: “Ermənistan tərəfi bu seçkilərlə görüntü yaratmağa və işğal faktına hüquqi don geydirməyə çalışır. İşğal faktından sonra Qarabağda qalmış erməni mənşəli Azərbaycan vətəndaşları da Ermənistanın əlində oyuncağa çevriliblər. Bu məsələ dünya dövlətləri tərəfindən pislənməlidir”. İclasda MSK üzvləri Azər Tağıyev, Nizami Əhmədov, Oqtay Hümbətov, Akif Qurbanov və digərləri də çıxış edilərək Qarabağda keçirilən seçkilərin beynəlxalq hüquqa zidd olduğunu qeyd ediblər. İclasın sonunda sabaha təyin olunmuş prezident seçkiləri ilə bağlı bəyanat qəbul olunub. Bəyanatda bu seçkilər pislənilib və beynəlxalq ictimaiyyətin bu fakta diqqət yetirməsi vacib sayılıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR