ABŞ-ın Azərbaycandakı səfiri: “Böhtanla bağlı maddənin Cinayət Məcəlləsindən çıxarılması üçün Azərbaycan hökuməti ilə danışıqlar aparırıq”

ABŞ-ın Azərbaycandakı səfiri: “Böhtanla bağlı maddənin Cinayət Məcəlləsindən çıxarılması üçün Azərbaycan hökuməti ilə danışıqlar aparırıq”
# 19 iyul 2007 14:56 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri Mətbuat Şurasının yeni ofisinin açılış mərasimində çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib. O, demokratik cəmiyyətdə jurnalistin də böyük məsuliyyət daşıdığını xatırladıb: “ABŞ inanır ki, söz azadlığı əsas insan hüquqlarından biridir, azad mətbuat demokratiyanın inkişafı üçün həlledicidir. Eyni zamanda bütün demokratiyalar tam təbii olan mətbuat və siyasi-iqtisadi qüvvələr arasındakı gərginliyi yaşayır. Mətbuat cəmiyyət qarşısında böyük məsuliyyət daşıyır. Məhz buna görə də jurnalistlər öz vəzifələrini ən yüksək professionallıq və etika standartlarına uyğun icra etməlidirlər. Təəssüf ki, bu həmişə belə olmur”. Səfirin sözlərinə görə, məsuliyyətsiz jurnalistika hətta qəbahətli olsa da, daha mühüm olan söz azadlığının məhdudlaşdırılmasına və qorunmamasına heç vaxt bəraət qazandırmaq olmaz: “Əslində tamamilə təbii olan mübahisəli məqamların aradan qaldırılmasını təmin edən yol media, hökumət və cəmiyyət arasında açıq dialoqdur. Mətbuat Şurası həm dialoqun təmin olunmasında, həm də jurnalistlərin etika və peşəkarlığının monitorinqinin aparılmasında vacib rol oynayır. ABŞ jurnalistlərin peşəkarlığının artırılması təlimlərinin təşkilində yardım etməyə, mətbuatın monitorinqini aparıb, etik və peşəkarlıq qaydalarının pozulması barədə Mətbuat Şurasına məlumat vermək imkanı yaradan yeni layihəni dəstəkləməyə hazırdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR