Piter Semnebi: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlamasında iştirak etmək niyyətindədir”

Piter Semnebi: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlamasında iştirak etmək niyyətindədir”
# 20 iyul 2007 11:31 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Bakıda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi görüşdən sonra deyib. O xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Aİ ilə Azərbaycan arasında qəbul olunmuş Fəaliyyət Planında 10 prioritet vəzifədən biridir. Diplomat qarşılıqlı inam yaratmaq istiqamətində bütün imkanların öyrənildiyini də bildirib. E. Məmmədyarovla görüşdə Fəaliyyət Planının icrası, Dağlıq Qarabağ münaqişəsi, enerji və regional məsələlər ətrafında müzakirələr aparıldığını söyləyən P. Semnebi Azərbaycan və Ermənistan ziyalılarının Dağlıq Qarabağ, Ermənistan və Azərbaycana birgə səfərlərini çox ümidverici adlandırıb: “Bu, çox böyük addımdır, ümid edirəm ki, belə nümunələr yenə də olacaq”. Aİ-nin italiyalı deputatı Culyetto Kyezunun dünən Dağlıq Qarabağda keçirilmiş “prezident seçkisini” müşahidə etməsinə münasibət bildirən diplomat təmsil etdiyi qurumun ayrı-ayrı deputatların hərəkətlərinə görə cavabdehlik daşımadığını, bunun həmin deputatın öz təşəbbüsü olduğunu söyləyib. Xüsusi nümayəndə, həmçinin, bildirib ki, Aİ Dağlıq Qarabağda dünən keçirilmiş “seçkiləri” pisləyən bəyanatla çıxış edib. Dağlıq Qarabağa nə vaxt səfər edəcəyi ilə bağlı sualın cavabında isə P. Semnebi deyib ki, bu niyyətində qalır, lakin səfərin nə vaxt baş tutacağı hələlik məlum deyil. /APA/

















1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR