Venesiya Komissiyası seçki komissiyalarının test üsulu ilə formalaşdırılmasına dair Konstitusiya Araşdırmalar Fondunun təklifini cavablandırıb

Venesiya Komissiyası seçki komissiyalarının test üsulu ilə formalaşdırılmasına dair Konstitusiya Araşdırmalar Fondunun təklifini cavablandırıb
# 20 iyul 2007 11:34 (UTC +04:00)
Avropa Şurası Venesiya Komissiyasının seçkilər və referendumlar üzrə şöbəsinin əməkdaşı Sergey Kuznetsov Konstitusiya Araşdırmalar Fondunun seçki komissiyalarının test üsulu ilə formalaşması haqda təklifinə cavab verib. Fondun rəhbəri Əliməmməd Nuriyevin APA-ya verdiyi məlumata görə, S. Kuznetsov irəli sürülmüş təkliflərin maraqlı olduğunu bildirib və bu təklifi diqqətlə öyrənəcəklərini qeyd edib: “Məktubda prosesin sonunda bu təkliflərlə bağlı öz fikirlərini söyləyəcəkləri bildirilib. Hesab edirəm ki, yəqin digər beynəlxalq təşkilatlar da bu təkliflərə cavab verəcəklər. Çünki demokratik tələblərə cavab verən, ən qərəzsiz və etimadlı komissiyaların formalaşdırılması üçün bizim təqdim etdiyimiz təkliflər əhəmiyyətli ola bilər”. Hələlik təkliflərə hökumətdən bir reaksiyanın verilmədiyini deyən Ə. Nuriyev hökumətin hazırkı formatı saxlamaqda, müxalifətin isə paritet əsaslarla seçki komissiyalarının formalaşdırılmasında maraqlı olduğunu vurğulayıb: “Amma mən hesab edirəm ki, komissiyalar test yolu ilə formalaşmalıdır, hamı üçün bərabər imkanlar yaradılmalıdır. Komissiyalarda etimadlılığın olması yalnız test üsulu ilə mümkündür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR