Sabiq prezident: “ARDNŞ-in Buxarestdə nümayəndəliyinin açılması Azərbaycan-Rumıniya dostluğunun göstəricisidir”

Sabiq prezident: “ARDNŞ-in Buxarestdə nümayəndəliyinin açılması Azərbaycan-Rumıniya dostluğunun göstəricisidir”
# 20 iyul 2007 12:26 (UTC +04:00)
Rumıniyanın ilk prezidenti İon İliyesku Rumıniya-Azərbaycan dostluğunun təməlini qoyanlardan biri olduğunu bildirib. Rumıniyanın ilk prezidenti APA-nın Şərqi Avropa bürosuna eksklüziv açıqlamasında bəyan edib ki, ARDNŞ-in Cənub-Şərqi Avropa regionu üzrə nümayəndəliyinin Buxarestdə açılmasına münasibət bildirərək, bunun Azərbaycan və Rumıniya arasındakı mövcud dostluq əlaqələrinin bir göstəricisi olduğunu deyib: “Bu, bir başlanğıcdır, həm də çox gözəl bir başlanğıcdır. Mənim prezident olduğum dövrdə cənab Heydər Əliyevlə bu dostluğun ilk addımlarını atmışıq. Mən də Azərbaycana getmişəm, cənab Əliyev də buraya gəlib. İkimiz də hələ o zamanlarda ikitərəfli ticarət əlaqələrinin inkişafından bəhs etmişdik və regional ticarət təşəbbüsü məhz bizdən çıxmışdı”. İ. İliyesku Azərbaycanın Heydər Əliyevin İpək Yolunun bərpası ideyası ilə çıxış etdiyini qeyd edərək, bu tipli əməkdaşlığın Türkiyə prezidenti Süleyman Dəmirəllə də həyata keçirildiyini vurğulayıb: ”O zamandan bəri bu əlaqələr mövcuddur və xüsusilə Azərbaycanla əlaqələr bildiyiniz kimi, olduqca çətin mərhələlərdən keçib. Xüsusilə Qarabağ münaqişəsi, sonradan isə Çeçenistan hadisələri... Oradan bütün qaz kəmərləri keçirdi. Olduqca qarışıq bir dövr idi”. Keçmiş prezident sonradan Qara dəniz sammitinin keçirildiyini və orada Türkiyə tərəfindən Azərbaycana güclü bir dəstək verildiyini qeyd edib: “Bu yaxınlarda Bakıya getdim və Ərzuruma qədər uzanan boru xəttini gördüm. Yəni bununla Azərbaycanın iqtisadi sahədə mövcud dinamik fəallığı nəzərə çarpır və bu da təbii ki, sevindirici haldır. Həmin fəallıq xüsusilə Bakı şəhərinin inkişafından bəlli olur”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR