Azərbaycan Kommunist Partiyasının sədr müavini: “Prezident seçkilərində iştirakla bağlı kommunist partiyaları arasında hər hansı rəsmi danışıqlar aparılmır”

Azərbaycan Kommunist Partiyasının sədr müavini: “Prezident seçkilərində iştirakla bağlı kommunist partiyaları arasında hər hansı rəsmi danışıqlar aparılmır”
# 20 iyul 2007 14:50 (UTC +04:00)
2008-ci il prezident seçkilərində vahid namizədlə iştirak etmək üçün Azərbaycandakı kommunist partiyaları arasında hər hansı rəsmi danışıqlar aparılmır. Bunu APA-ya açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) sədr müavini Rüstəm Şahsuvarov bildirib. Onun sözlərinə görə, Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) sədri Musa Tükənovun belə danışıqların getməsi ilə bağlı mətbuata verdiyi açıqlamalar həqiqətə uyğun deyil. R. Şahsuvarov nə partiya sədrinin, nə də müavinlərin belə danışıqlarda iştirak etmədiyini bildirib: “O, kiminlə danışıq aparır, bunu dəqiq şəkildə açıqlamalıdır. Digər tərəfdən, AKP-nin AVKP ilə əməkdaşlığı mümkün deyil. Çünki onlar köhnədən qalma stereotiplərdir. İndiki müasir zamanda həmin partiyanın rəhbərliyi hələ də XX əsrin əvvəllərində bolşeviklərin irəli sürdüyü ideyaları təbliğ edirlər. Biz belə bir partiya ilə seçkilərdə vahid namizədlə iştirak edə bilmərik”. R. Şahsuvarov AKP ilə AVKP-nin dövlətçiliyə münasibətinin də fərqli olduğunu deyib: “AKP-nin dövlətçiliyə münasibəti daha loyaldır, onlar isə tamam fərqli düşünür”. Qeyd edək ki, AVKP sədri M. Tükənov APA-ya verdiyi açıqlamada AKP rəsmiləri ilə 2008-ci il prezident seçkilərində vahid namizədlə iştirak etməklə bağlı danışıqların aparıldığını bildirmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR