Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilən “prezident seçkiləri” ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilən “prezident seçkiləri” ilə əlaqədar bəyanat yayıb
# 20 iyul 2007 17:10 (UTC +04:00)
XİN-in Mətbuat Mərkəzindən APA-ya daxil olan bəyanatda bildirilir ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin 19 iyul 2007-ci il tarixində Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş “prezident seçkiləri” ilə əlaqədar aydın şəkildə ifadə edilmiş prinsipial və birmənalı mövqeyini alqışlayır: “Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünə dəyişilməz hörmətini yenidən ifadə edərək və bu qeyri-qanuni “seçkiləri” rədd edərək, Azərbaycanlı məcburi köçkünlərin əzabları hesabına siyasi kapital əldə etməyə çalışanlara aydın siqnal vermişdir. Azərbaycan qeyri-qanuni “seçkilərin” davam edən sülh prosesinə mənfi təsiri ilə əlaqədar öz beynəlxalq tərəfdaşlarının narahatlığını bölüşür”. Bəyanatda Ermənistanın öz anneksiya siyasətinin və Azərbaycan ərazilərinin işğalını ört-basdır etmək üçün növbəti cəhdinin tam və qaçınılmaz uğursuzluqla nəticələndiyi qeyd olunur: “Öz əməlləri ilə Ermənistan tərəfi öz ictimaiyyətindən başqa heç kəsi aldatmır. Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətdən yaxşı xəbərdardır. Azərbaycan Respublikası erməni tərəfinin yeritməyə çalışdığı baş vermiş fakt əsasında həlli heç zaman qəbul etməyəcək. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, və Dağlıq Qarabağ bölgəsində Azərbaycanın tərkibində erməni və azərbaycanlı icmaların demokratiya və çiçəklənmənin faydalarından tam və bərabər şəkildə yararlanaraq dinc yanaşı yaşayışı əsasında həll oluna bilər. Azərbaycan erməni tərəfinin Sankt-Peterburqda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin müvafiq təkliflərini qəbul etməkdə uğursuzluğa uğradıqdan sonra öz yanaşmasını nəzərdən keçirəcəyini və konstruktiv kurs seçəcəyini gözləyir. Azərbaycan bir daha erməni tərəfini öz destruktiv siyasətlərini dayandırmağa və dəyərli vaxtını israf etmək əvəzinə münaqişənin tez və davamlı həllini tapmaq məqsədilə xoş inamla danışıqlar aparmağa çağırır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR