Gələn ay Azərbaycan Kommunist Partiyasının plenumu keçiriləcək

Gələn ay Azərbaycan Kommunist Partiyasının plenumu keçiriləcək
# 21 iyul 2007 09:11 (UTC +04:00)
Gələn ay Azərbaycan Kommunist Partiyasının (AKP) plenumu keçiriləcək. Bu barədə APA-ya partiya sədrinin müavini Rüstəm Şahsuvarov məlumat verib. Onun sözlərinə görə, plenumda partiyanın rəhbərliyində bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulub. Həmçinin iclasda partiyanın sədri özünə yeni müavinlər təyin edəcək, yeni mərhələdə atılacaq addımlar müəyyənləşəcək və növbəti qurultayın tarixi müəyyənləşəcək. R. Şahsuvarov növbəti qurultayın sentyabr-oktyabr aylarında keçirilməsinin nəzərdə tutulduğunu deyib: “Partiyanın sədri Ramiz Əhmədov səhhətində problemlər olduğu üçün hazırda müalicə olunur. Bundan istifadə edən bəzi şəxslər AKP ətrafında şayiələr yaymağa çalışırlar. Guya partiyada ciddi böhranın baş verdiyi bildirilir. Amma növbəti plenumda və qurultayda biz bu şayiələrin yalan olduğunu ortaya çıxaracağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR