ADP dialoqun baş tutması üçün səylərini davam etdirəcək

ADP dialoqun baş tutması üçün səylərini davam etdirəcək
# 21 iyul 2007 11:41 (UTC +04:00)
“Azərbaycan Demokrat Partiyası hakimiyyətlə dialoqun baş tutması üçün bütün lazımi addımları atıb. İndi növbə hakimiyyətindər”. Bunu APA-ya açıqlamasında partiyanın mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov bildirib. Hətta dialoqun baş tutması üçün ADP-nin siyasi kursunda dəyişiklik etdiyini, bunu qurultayda rəsmi qərarlarla təsdiqlədiyini bildirən N. İsmayılov siyasi böhrandan çıxış yolunun yalnız dialoqda olduğunu qeyd edib: “Təəssüf ki, hakimiyyət bizim bu addımlara epizodik reaksiyalardan başqa heç bir ciddi reaksiya verməyib, uyğun addım atmayıb. Buna görə hakimiyyətin dialoqda maraqlı olmadığı görünür. Amma buna baxmayaraq, partiyanın qəbul etdiyi qərar ondan ibarətdir ki, dialoqun baş tutması üçün cəhdlər axıra kimi davam etdirilsin”. N. İsmayılov xarici qüvvələrin təzyiqi ilə dialoqun baş tutmasının Azərbaycana heç nə verməyəcəyini düşünür: “Ona görə heç bir xarici qüvvənin təsiri olmadan hakimiyyət və müxalifət bir masa ətrafında əyləşməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR