Avropa İttifaqının xüsusi nümayəndəsi həbsdə olan jurnalistlərin yaxın günlərdə azadlığa buraxılacağına ümid edir

Avropa İttifaqının xüsusi nümayəndəsi həbsdə olan jurnalistlərin yaxın günlərdə azadlığa buraxılacağına ümid edir
# 21 iyul 2007 14:38 (UTC +04:00)
APA-nın məlumatına görə, P. Semnebi bildirib ki, iki gün ərzində Azərbaycanda keçirdiyi görüşlər zamanı Fəaliyyət Planının icrası, medianın vəziyyəti, seçkilərə hazırlıq, qanunun aliliyinin təmin olunması və Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələr aparıb. Xüsusi nümayəndə Aİ-nin Azərbaycanda yeddi jurnalistin həbsdə olmasından ciddi narahat olduğunu deyib: “Keçirdiyimiz bütün görüşlərdə bu məsələni qaldırdıq. Avropa İttifaqı təklif edir ki, qanunvericiliyə dəyişiklik edilsin, böhtan və təhqirə görə jurnalistlər Cinayət Məcəlləsi ilə yox, Mülki Məcəllə ilə məsuliyyətə cəlb olunsunlar. Jurnalist yazdığı məqaləyə görə həbsdə ola bilməz. Ümid edirəm ki, həbsdə olan jurnalistlər yaxın günlərdə azadlığa buraxılacaqlar”. Bu ilin sentyabrında Dağlıq Qarabağa edəcəyi səfərə toxunan xüsusi nümayəndə qeyd edib ki, bu səfər tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edəcək: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupu ilə rəqabət aparmır, əksinə, onun fəaliyyətini dəstəkləyir”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR