İşçi qruplar Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımına dair dövlətlərarası sazişin mətnini razılaşdırıblar

İşçi qruplar Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımına dair dövlətlərarası sazişin mətnini razılaşdırıblar
# 23 iyul 2007 09:52 (UTC +04:00)
APA-nın məlumatına görə, toplantıdan sonra jurnalistlərə açıqlama verən Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov hazırlanan sənəddə konkret olaraq hansısa telekanalın adının yer almadığını deyib: “Söhbət tərəflərin siyasi iradəsinin nümayiş olunmasından gedir. Sənəd layihəsi müzakirə olunub, mətn razılaşdırılıb və paraflanıb. Bu saziş imzalanmaq üçün hər iki ölkədə müəyyən proseduradan keçməlidir. Bu isə müəyyən vaxt tələb edir. Tərəflərin irəli sürdüyü şərtlər artıq razılaşdırılıb. Yalnız ekspertlərin texniki məsələləri müzakirə etməsi qalıb. Bu isə yayımla bağlı deyil, sırf texniki məsələlərin müzakirəsidir. Dövlətlərarası saziş isə imzalanmağa hazırdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR