Həsrət Rüstəmov: “Müxalifətin birlik yaratmaq cəhdindən qaçmaq lazım deyil”

Həsrət Rüstəmov: “Müxalifətin birlik yaratmaq cəhdindən qaçmaq lazım deyil”
# 24 iyul 2007 10:16 (UTC +04:00)
“Müxalifətin Məşvərət Məclisi adında hər hansı qurum mövcud deyil və bu ad yalnız ictimaiyyət tərəfindən verilib. Buna görə də Müsavat başqanı İsa Qəmbər doğru olaraq belə qurumun mövcud olmadığını deyib”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Həsrət Rüstəmov bildirib. Onun sözlərinə görə, ad məsələsi ilə bağlı birlikdəki partiyalar vahid mövqeyə gələ bilmədikləri üçün hələlik rəsmi ad olmadan fəaliyyət göstərilir. Amma o, toplantıların Müsavat başqanının dediyi kimi “çay süfrəsi” adlandırılmasının da əleyhinə olduğunu bildirib: “Mənə elə gəlir ki, hansısa format fəaliyyət göstərirsə, onun adı da olmalıdır. Belə birliklər yarananda narazı elektoratda bir qədər ümidlər də yaranır. Ona görə bu kimi cəhdlərdən qaçmaq yox, birliklərin yaranması üçün müsbət addımlar atılmalıdır. Sözsüz ki, burada hər bir partiyanın öz marağı var. Amma öncə ümumi maraq nəzərə alınmalıdır”. H. Rüstəmov bildirib ki, bu vaxta qədər formatın adı ilə bağlı bir neçə təkliflər irəli sürülüb. Əvvəlcə Müxalifətin Seçkilərdə Koordinasiya Alyansı, daha sonra Məşvərət Məclisi təklif edilib. Amma hələlik bunların heç biri qəbul olunmayıb. O, məsləhətləşmələrin davam etdiriləcəyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR