Əli Bayramlı sakini özünü üçüncü mərtəbədən atıb

Əli Bayramlı sakini özünü üçüncü mərtəbədən atıb
# 24 iyul 2007 10:46 (UTC +04:00)
Qardaşından müdafiə olunmaq istəyən Əli Bayramlı sakini özünü üçüncü mərtəbədən atıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Əli Bayramlı Şəhər Polis Şöbəsindən (ŞPŞ) məlumat verilib. Belə ki, bu gün saat 11:00 radələrində Əli Bayramlı İES-in yataqxanasında yaşayan 1985-ci il təvəllüdlü Rahilə Davud qızı Abdullayeva 1982-ci il təvəllüdlü qardaşı Rahil Davud oğlu Abdullayev tərəfindən zorakılığa məruz qalıb. R.Abdullayevanın dediyinə görə, qardaşı onu bıçaqla öldürmək istəyib və boyun nahiyəsinə bıçaqla xəsarət yetirib. Qardaşının onu öldürmək istədiyini görən bacısı özünü üçüncü mərtəbədən yerə atıb. Həkimlərin bildirdiyinə görə, R. Abdullayeva omba, çanaq, topuq sınığı və bıçaq yarası ilə xəstəxanaya gətirilib. R. Abdullayev isə polis tərəfindən saxlanılıb. Faktla bağlı Əli Bayramlı ŞPŞ-də cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR