Sərdar Cəlaloğlu: “Rəsul Quliyevin Azərbaycana qayıtması ilə bağlı kampaniya aparmaq mənasız işdir”

Sərdar Cəlaloğlu: “Rəsul Quliyevin Azərbaycana qayıtması ilə bağlı kampaniya aparmaq mənasız işdir”
# 24 iyul 2007 15:58 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu söyləyib. Növbəti prezident seçkiləri ərəfəsində R. Quliyevin Azərbaycana qayıdışı ilə bağlı başlanacaq kampaniyaya qoşulmayacağını deyən S. Cəlaloğlu vaxtilə özünün də belə kampaniya apardığını qeyd edib: “Amma artıq kimin vətənə qayıtmaq istəyib-istəməməsi heç kimi maraqlandırmır. Digər tərəfdən hesab edirəm ki, istər ölkə Konstitusiyasına, istər beynəlxalq qanunlara görə vətəndaşlar ölkəyə gedib-gəlməkdə azaddır. Azərbaycana qayıtmaq Rəsul Quliyevin hüququdur. Hökumətin elə bir ixtiyarı yoxdur ki, onun qayıtmaq hüququnun qarşısını alsın”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR