VHP-nin IV qurultayı noyabrın 3-də keçiriləcək

VHP-nin IV qurultayı noyabrın 3-də keçiriləcək
# 25 iyul 2007 09:39 (UTC +04:00)
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) IV qurultayı noyabrın 3-də keçiriləcək. VHP təşkilat şöbəsinin müdiri Samir Əsədli APA-ya bildirib ki, qurultay nizamnamə, məramnamə və strukturda dəyişikliklər edəcək. Partiyanın katibliyi müavin vəzifəsi ilə əvəzlənəcək. S. Əsədli qurultayda VHP-nin 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməmək məsələsinin də müzakirə olunacağını söyləyib: “Partiyanın rayon təşkilatlarının bir qismi hesabat-seçki konfranslarında VHP-nin öz namizədi ilə prezident seçkisində iştirak etməsinin tərəfdarı olduqlarını açıqlayıblar. Buna baxmayaraq, bu məsələ qurultayda müzakirə edildikdən sonra yekun qərar veriləcək”. O, partiyanın sədri vəzifəsinə hələlik Sabir Rüstəmxanlının vahid namizəd olduğunu qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR