YAP prezident seçkiləri ilə bağlı partiya fəalları üçün kurslar keçirəcək

YAP prezident seçkiləri ilə bağlı partiya fəalları üçün kurslar keçirəcək
# 25 iyul 2007 15:33 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) 2008-ci il prezident seçkilərində əlaqələndirici funksiyasını həyata keçirəcək partiya fəalları üçün kurslara başlayıb. Bu barədə APA-ya partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov məlumat verib. Onun sözlərinə görə, hər seçki dairəsində iş aparmaq üçün partiya rəhbərliyi tərəfindən 3 fəal təhkim olunub: “Həmin şəxslərin hamısının sənədləri toplanıb və müvafiq fəaliyyət üzrə istiqamətləniblər. Keçirilən kurslarda onlara seçicilərlə işləmək bacarığı öyrədiləcək və prezident seçkilərinə kimi onlar seçicilərin əksəriyyəti ilə iş aparacaqlar”. S. Novruzov növbəti seçkilər üçün YAP rəhbərliyi tərəfindən artıq 20 min partiya üzvünün səfərbər edildiyini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR