Fuad Mustafayev: “Müxalifətyönlü partiyaların yeni ittifaq yaratmasının perspektivi yoxdur”

Fuad Mustafayev: “Müxalifətyönlü partiyaların yeni ittifaq yaratmasının perspektivi yoxdur”
# 26 iyul 2007 08:04 (UTC +04:00)
“Müxalifətyönlü partiyaların yeni ittifaq yaratmaq cəhdlərində heç bir perspektiv görmürəm. Çünki həmin formatda tamam fərqli məqsədləri, ideologiyaları olan partiyalar cəmləşib”. Bu açıqlamanı APA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Mustafayev bildirib. O, ADP, Müsavat, ASDP, Tərəqqi və AMİP-in birgə fəaliyyət göstərəcəyinə və onların ciddi nailiyyətlər əldə edəcəyinə inanmadığını vurğulayıb: “Onların yeni qurumunun olub-olmamağı hələ tam müəyyənləşməyib. Çünki həmin quruma daxil olan partiyalar fərqli mövqedən çıxış edirlər. Hətta bəziləri bildirirlər ki, belə bir qurum yoxdur, bu, sadəcə olaraq təşəbbüsdür. Dərinliklərə varmadan bu birliyin fəaliyyətinə qiymət vermək mümkün deyil. Çünki onların rəsmi bir qurumları yoxdur və qarşılarına qoyduqları vəzifələr də hələlik bilinmir”. F. Mustafayev onu da qeyd edib ki, Azərbaycanda böyük dəyişikliklər etmək potensialı yalnız “Azadlıq” blokunda cəmləşib: “Bu blokun fəaliyyəti Azərbaycanda ciddi dəyişikliklərinə səbəb ola bilər. Digərlərinin nəyəsə nail olacağını güman etmirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR