“Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü: əqli mülkiyyət sektorunun problemləri və onların həlli yolları” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü: əqli mülkiyyət sektorunun problemləri və onların həlli yolları” mövzusunda dəyirmi masa keçirilib
# 26 iyul 2007 16:02 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, dəyirmi masada Xarici İşlər, İqtisadi İnkişaf, Mədəniyyət və Turizm nazirliklərinin, QHT təşkilatlarının nümayəndələri və ekspertlər iştirak ediblər. MİTMAM-ın sədri Rəşad Əliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünün əhəmiyyətindən danışıb. Rəsmi Bakının ÜTT-yə üzvlük üçün 10 il əvvəl müraciət etdiyini deyən R. Əliyev bu təşkilatla əlaqələrin getdikcə inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, ÜTT-yə üzv olmaq üçün daxili standartlar beynəlxalq standartlara uyğunlaşdırılmalı, həmçinin, əqli mülkiyyətin qorunması gücləndirilməlidir. Müəllif Hüquqları Agentliyi hüquq şöbəsinin müdiri Xudayət Həsənli isə ÜTT-nin əsas məqsədlərindən birinin məhz piratçılıqla mübarizə olduğunu vurğulayıb. Bununla bağlı təmsil etdiyi qurum tərəfindən artıq bir sıra qanunların layihələrinin hazırlanaraq hökumətə təqdim olunduğunu qeyd edib: “Azərbaycanda əqli mülkiyyət sahəsində kadrların hazırlanması məqsədi ilə Təhsil Nazirliyi qarşısında məsələ qaldırmışıq. Bu gün Azərbaycanda əqli mülkiyyətlə bağlı mübahisələri həll etmək üçün digər ölkələrdə olduğu kimi ixtisaslaşmış məhkəmələrin yaradılmasına ehtiyac var”. /APA-Economics/





#
#

ƏMƏLİYYAT İCRA OLUNUR