Slovakiya prezidentinin Azərbaycana səfəri planlaşdırılmır

Slovakiya prezidentinin Azərbaycana səfəri planlaşdırılmır
# 27 iyul 2007 10:40 (UTC +04:00)
Yaxın vaxtlarda Slovakiya prezidentinin Azərbaycana səfəri planlaşdırılmır. Bu barədə APA-ya Slovakiya prezidenti administrasiyasının mətbuat departamentindən məlumat verilib. Departamentdən bildiriblər ki, hazırda dövlət başçısı məzuniyyətdədir və qayıtdıqdan sonra Qazaxıstan prezidentini qarşılamağa hazırlaşacaq. Azərbaycana səfərlə bağlı məsələyə isə payızda baxılması mümkündür.
Xatırladaq ki, Azərbaycan kütləvi informasiya vasitələrində iyul ayında Slovakiya prezidentinin Azərbaycana səfərə gələcəyi barədə xəbər yayılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR