Mübariz Qurbanlı: “İlham Əliyevin prezidentliyə namizədliyini müdafiə edəcək partiyaların seçki blokunun yaradılması nəzərdə tutulmayıb”

Mübariz Qurbanlı: “İlham Əliyevin prezidentliyə namizədliyini müdafiə edəcək partiyaların seçki blokunun yaradılması nəzərdə tutulmayıb”
# 27 iyul 2007 12:26 (UTC +04:00)
“Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədini müdafiə edəcək partiyaların seçki blokunun yaradılması ilə bağlı indiki mərhələdə hər hansı məsələ nəzərdə tutulmayıb”. Bunu APA-ya açıqlamasında YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Vəhdət Partiyasının sədri Tahir Kərimlinin İlham Əliyevin namizədliyini dəstəkləyən partiyaların blokunun yaradılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib. Bu barədə indidən konkret fikir bildirməyin mümkün olmadığını deyən millət vəkili hesab edir ki, belə təkliflərin sayı artarsa, partiyada müzakirə oluna bilər: “Yalnız partiya rəhbərliyi qərar qəbul edəcəyi halda bu mümkün ola bilər. Amma biz həmişə seçkilərdə partiya olaraq iştirak edib yüksək nailiyyətlər əldə etmişik. Kənarda bloklar yaratmaq təcrübəsindən istifadə olunmayıb”. M. Qurbanlı YAP-ı dəstəkləyən bir sıra partiyaların olduğunu və bunların koordinasiyasının yaradılmasını gələcəyin işi hesab etdiyini qeyd edib: “Biz həmişə YAP-ı dəstəkləyən partiyalarla əməkdaşlıq etmişik. Ona görə çox güman ki, prezident seçkiləri ərəfəsində İlham Əliyevin namizədliyini dəstəkləyən partiyalarla da əməkdaşlıq edəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR