AMİP rəhbərliyi rayonlara səfər edəcək

AMİP rəhbərliyi rayonlara səfər edəcək
# 27 iyul 2007 15:26 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyi şənbə-bazar günləri yerli təşkilatların vəziyyəti ilə maraqlanmaq məqsədilə bölgələrə səfər edəcək. Bu barədə APA-ya partiyanın mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib. Onun sözlərinə görə, Siyasi Şurada qəbul olunmuş qərara əsasən bu il ərzində rayon təşkilatlarında partiyanın yaranmasının 15 illik yubileyi ilə bağlı tədbirlər keçirilməsi nəzərdə tutulub. Bu həftə Siyasi Şura üzvlərinin rayonlara səfəri zamanı həm nəzərdə tutulan tədbirlər keçiriləcək, həm də təşkilatların durumu yoxlanılacaq. Ə. Orucov səfərlərin avqustun sonuna qədər hər şənbə-bazar günü həyata keçiriləcəyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR