Yaqub Abbasov: “2008-ci ildə Rəsul Quliyevin Azərbaycana qayıdışı ilə bağlı kampaniya aparmaq heç də mənasız iş olmayacaq”

Yaqub Abbasov: “2008-ci ildə Rəsul Quliyevin Azərbaycana qayıdışı ilə bağlı kampaniya aparmaq heç də mənasız iş olmayacaq”
# 27 iyul 2007 15:41 (UTC +04:00)
“2008-ci ildə Rəsul Quliyevin Azərbaycana qayıdışı ilə bağlı kampaniya aparmaq heç də mənasız iş olmayacaq. Perspektivi düşündükdə, gərək Sərdar Cəlaloğlu siyasi fəaliyyət göstərməsin”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədr müavini Yaqub Abbasov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikirlərinə münasibət bildirərkən deyib. Qeyd edək ki, S. Cəlaloğlu R. Quliyevin qayıtması ilə bağlı aparılan işin heç bir perspektivi olmadığını və mənasız olduğunu bildirib. Y. Abbasovun sözlərinə görə, heç bir şeyin perspektivi yoxdursa, o zaman digər siyasətçilərin də hazırkı şəkildə fəaliyyət göstərməsinə ehtiyac yoxdur: “Niyə biz qalıb kiməsə yük olmalıyıq?! Vaxtilə Sərdar bəy özü Rəsul Quliyevin qayıtması ilə bağlı kampaniyada iştirak edib. Onun telekanallardakı çıxışları hələ də çoxlarının yaddaşındadır. Sərdar bəy bu kampaniyaya rəhbərlik edən şəxs kimi o zaman həm vətəndaşları, həm ictimaiyyəti, həm də beynəlxalq təşkilatları inandırmışdı ki, Rəsul Quliyev Azərbaycana qayıdacaq. O, gərək bu fəaliyyətini düşünüb bizim apardığımız işi mənasız hesab etməsin”. Sədr müavini bildirib ki, prezident seçkiləri ərəfəsində R. Quliyevin Azərbaycana qayıtması üçün tamam fərqli iş aparılacaq və bu dəfə eks-spiker sərbəst şəkildə Bakıya gələ biləcək: “Çünki bu kampaniyanın aparılmasına Rəsul Quliyev özü rəhbərlik edəcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR