Bu ilin əvvəlindən Türkiyəyə 9.925 Azərbaycan vətəndaşı səfər edib

Bu ilin əvvəlindən  Türkiyəyə 9.925 Azərbaycan vətəndaşı səfər edib
# 30 iyul 2007 13:07 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfirinin müavini Ərkan Özoral deyib. Türkiyə Nazirlər Kabinetinin müvafiq qərarını şərh edən diplomat bildirib ki, avqustun 1-dən qüvvəyə minəcək qərar yalnız səyahət edən şəxslərə aiddir və uzun müddət Türkiyəyə gələnlərə, o cümlədən yük avtomobillərinin sürücülərinə şamil olunmayacaq. Ə Özoral bildirib ki, Qazaxıstan və Qırğızıstan vətəndaşları üçün bu güzəşt daha əvvəl tətbiq olunub, Gürcüstan vətəndaşları isə bu ilin yanvarından Türkiyəyə qısamüddətli səfərə vizasız gedə bilir. Bu qərarın Avropa Birliyi ilə münasibətlərində gərginlik yaranan Türkiyənin başqa istiqamətə üz tutması ilə əlaqədar olub-olmadığı barədə sualı cavablandıran Ə. Özoral baş nazir R. T. Ərdoğanın sözlərini xatırladaraq Ankaranın siyasətində AB-nin prioritet istiqamət olduğunu vurğulayıb: “Bu qərarda məqsəd türk cümhuriyyətləri və Mərkəzi Asiya ilə əlaqələri daha da inkişaf etdirməkdir. Bu siyasət AB-yə alternativ deyil”. Diplomat bildirib ki, bu ilin əvvəlindən Türkiyəyə 9.925 Azərbaycan vətəndaşı səfər edib. Azərbaycan tərəfinin də analoji qərar qəbul etməsinin gözlənilib-gözlənilmədiyinə dair sualı cavablandıran Ə. Özoral bunun Azərbaycan hökumətinin hüququ olduğunu söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR