Həsrət Rüstəmov: “Müxalifət Seçki Məcəlləsi ilə bağlı vahid mövqe ortaya qoymalıdır”

Həsrət Rüstəmov: “Müxalifət Seçki Məcəlləsi ilə bağlı vahid mövqe ortaya qoymalıdır”
# 31 iyul 2007 10:11 (UTC +04:00)
“Azərbaycan Demokrat Partiyasının Seçki Məcəlləsi ilə bağlı təklifləri digər müxalifət qüvvələrinin təkliflərindən o qədər də fərqlənmir və təşəbbüs olacağı halda bununla bağlı digər partiyalarla müzakirələrə hazırıq”. Bu fikirləri APA-ya açıqlamasında ADP sədrinin birinci müavini Həsrət Rüstəmov söyləyib. Onun sözlərinə görə, partiya artıq Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər layihəsini hazırlayıb və parlamentə təqdim edib. H. Rüstəmov bildirib ki, onların təklifləri seçki komissiyalarının iqtidar və müxalifət partiyaları arasında paritet əsaslarla təşkil olunmasını özündə əks etdirir. ADP həmçinin, seçki komissiyalarının sədrinin, katibliyin də paritet əsaslarla bölünməsini, aşağı seçki komissiyalarının daimi fəaliyyət göstərməsi təklifini irəli sürüb: “Amma biz təəssüf edirik ki, bu mühüm məsələ ilə bağlı müxalifət vahid mövqedən çıxış edə bilmədi. Parlamentin payız sessiyasında Seçki Məcəlləsi ilə bağlı müzakirələrin aparılması gözlənilir. Hesab edirik ki, payızda müxalifət qüvvələri birgə müzakirələr aparıb vahid mövqe ortaya qoymalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR